Uşağı güvəcə ("qarşoka") necə öyrədək?

1-ci addım :

Uşaq  fizioloji cəhətdən bu vərdişə hazır olmalıdır. Uşaqın 1 yaşından 1 yaş yarımına qədər olan yaş periodunda uşaq sidik kisəsinin dolmasını və sidiyə getmə hissini duyur.  Bu dövrdə uşağı güvəcə ("qarşoka")  alışdıra bilərsiniz.

2-ci addım :

Uşağı yeni əşyaya alışmasına icazə verin. Güvəci otaqda yerləşdirin. Uşaq bununla maraqlandığında, ona nə olduğunu izzah edin və uşağı  güvəcə ("qarşoka")  oturdun. Güvəcin uşağa rahat olması vacibdir.

3-cü addım :

Körpənizə bunu necə istifadə etməsi üçün yaxşı bir nümunə göstərin.  Bu məsələdə ona  böyük qardaşı ya da bacısı, ya da evə qonaq gəlmiş bir uşaq kömək edə bilər. 

4-cü addım :

Körpəniz evdə olduğu müddətdə birdəfəlik uşaq bezindən istifadə etməyin. Uşaq nəmli alt paltarı və sidiyə getmə arasında əlaqəni anlamalıdır. Körpənizin alt paltarı xoşagəlməz bir şəkildə çirkli olduqda, onu izah edin ki, əgər o, güvəcə getsə, onun paltarları quru və təmiz qalacaq. Həmçinin uşağınızın əyninə özünün asanlıqla və sərbəst geyinib-çıxara biləcəyi paltar geyindirin.

5-ci addım :

Əgər körpənizin böyük və kiçik tualetlərinin requlyar  və eyni vaxtlarda olduğunu müşaidə etmisinizsə, onda çalışın bu vaxtlarda  5-10 dəqiqədən çox olmayaraq güvəcə qoyun. Həmçinin yedizdirdikdən sonra, yatmazdan əvvəl və səhər oyandığında da güvəcə qoyun.

6-cı addım :

Əgər körpəniz nəhayət sizin çoxdan gözlədiyiniz şeyi edibsə, buna görə onu alqışlamağı, tərifləməyi unutmayın. Uşaq bu etdiyinin doğru olduğunu anlamalıdır. Və beləliklə , növbəti dəfə yenə sizi və özünü sevindirməkçün bunu  təkrar etməyə çalışacaq

7-ci addım :

Mütəmadi olaraq uşağa yenə güvəcə getmə vaxtı gəldiyini xatırladın. Bunu ondan soruşmadan edin, çünki çox güman ki, oyun oynayırsa getmək istəməyəcəkdir.

8-ci addım :

Heç bir halda uşağı qorxutmayın və ya onun paltarını islatdığına, güvəcə getmək istəmədiyinə görə danlayıb, qışqırmayın. Əks təqdirdə uşaq güvəci gördüyü halda mənfi emosiyalar hiss edəcək və ondan daha da uzaqlaşacaq.

Tərlan Əyyubov

DİGƏRLƏRİ