Qlaukoma zamanı nəyi bilmək vacibdir

Qlaukoma zamanı dərman müalicəsi gözdaxili mayenin balansını bərpa etmir, ancaq süni formada müəyyən dərəcədə xəstəliyi yüngülləşdirə bilir. Əməliyyat isə problemi əsaslı formada həll edəərək, gözdaxili maye balansını normallaşdıraraq, il boyu dərman müalicəsindən xəstəni azad edir və ya müalicə rejimini əhəmiyyətli dərəcədə yüngülləşdirir.

"Qlaukoma" diaqnozu olan xəstələrin  oftalmoloqun mütəmmadi olaraq müşahidəsi altında olması vacibdir, çünki müalicə olmadan xəstəlik sürətlə irəliləyir və korluq dərəcəsinə qədər gətirib çıxarır. Bundan əlavə, cərrahiyyə müdaxiləsindən sonra hətta mütəmadi olaraq  oftalmoloq müayinəsi gərəklidir ki, bu, mümkün ressedivlərin  qarşısını almağa və görmə funksiyasının qorunub, saxlanmasına kömək edir.

Ülviyyə Rəcəbli

DİGƏRLƏRİ