Gecə enurezi

Hörmətli valideynlər!
Gecə enurezi(sidiyi saxlaya bilməmək) 5 yaşa qədər normal sayılır və tez-tez 10 yaşınadək uşaqlarda  yuxu zamanı baş verən qeyri-iradi sidik buraxmadır.
Çox tez-tez bunun səbəbi, uşağın beyninin sidik kisənin dolması stimuluna cavab vermədiyi zaman yuxudan çətin oyanmasındadır.

Birincisi, axşam saatlarında, xüsusilə də yatmadan əvvəl, maye miqdarını azaltmağa çalışın.
İkincisi, refleksin inkişafı üçün aşağıdakıları edə bilərsiniz:

1. Hər gecə, eyni vaxtlarda  (gecədə  1-2 dəfə   ) uşağı oyadıb, tualetə aparın.
2. " Bedwetting Alarm"dan  istifadə edin.
Bu tədbirlərlə əgər gecə enurezi ortadan qalxmazsa, pediatrla əlaqə saxlamalı və gecə enürezisinin səbəbini müəyyən etmək üçün dərin müayinə aparılmalıdırr.

Tərlan Əyyubov

DİGƏRLƏRİ