Həkimə vaxtında olunan ziyarət vacibdir

Həkimə vaxtında ziyarət, xüsusən də doğru bir diaqnoz,  ağırlaşmaların qarşısının alınmasında çox əhəmiyyətlidir ...

Bu gün 5 aylıq bir körpəsi olan  gənc bir  ailə profilaktik baxımdan müayinəyə gəlmişlər.  Müayinə zamanı sol əl və ayağın  sağa nisbətən  daha böyük olduğunu müşahidə etdim. Qarın ön divarında göbək yırtığı var.

Palpasiya və perkusiya zamanı qaraciyər və dalaq genişlənmişdir (ultrasəs müayinəsi, qaraciyərin ölçüsü 5 yaşa uyğun olduğunu göstərir)
Dilin ölçüsü bir qədər böyümüşdürÖlçüsü bir qədər azalıb. Üzdə heç bir asimmetriya və dismorfiya müşaidə olunmur.

Hərtərəfli klinik müayinə və diferensial diaqnozdan sonra diaqnoz qoyuldu: Beckwith-Wiedemann sindromu.

Bu halda vaxtında qoyulan diaqnoz və xəstəliyə düzgün yanaşma çox əhəmiyyətlidir. Beckwith-Wiedemann sindromu olan uşaqlar qarın boşluğunun və böyrələrin müntəzəm müayinələrindən keçməlidirlər ki, bu sindroma bağlı yaranan bədxassəli şişlərin erkən aşkarlanması və müalicəsi üçün məsləhət görülür.

Buna görə də, 6 yaşa qədər, hər 3 aydan bir ultrasəs müayinəsindən keçmək və həkim tərəfindən müayinə məsləhət görüldü.

 

 

Tərlan Əyyubov