MARAQLI KLİNİK HALLARDAN 

MARAQLI KLİNİK HALLARDAN 


14 yaşlı bu gənc oğlanda Epifizar nahiyyənin şişi səbəbilə hidrosefaliya inkişaf etmiş və ağır vəziyyətdə olan xəstəyə təcili yardım olaraq sağtərəfli ventrikuloperitoneal şuntlama icra olunmuşdur. Daha sonra epifizar bölğədəki şişin şüa müalicəsi taktikası seçilmiş və şişə şüa verilmişdir .Sonrakı aylarda kontrol MRT müayinədə şişin ölçülərində minimal böyümə qeyd olunur .Bu səbəbdən xəstənin valideynləri beyin cərrahı Rauf Sadıqova müraciət etmişdir. MRT dəyərləndirmədə şişin 3 cü mədəciyin arxa yarısını tam şəkildə tutması təyin olunur.

Xəstəyə yan yatar pozisyonda median suboksipital kraniotomiya və supraserebellar- subtentorial yanaşma ilə şiş tamamilə xaric edildi. Postop ilk sutkalarda xəstədə öncədən olan Parino sindromunun artması qeyd olundu.Lakin sonrakı sutkalarda bütün əlamətlər tam reqress etmişdir . Xəstənin əməliyyatdan əvvəlki(preop ) və sonrakı (postop ) MRT filmlərini təqdim edirik .İşin ən gözəl tərəflərindən biri bu şişin xoşxassəli olmasıdır.

Grade 1 ( yetkin teratoma )Uğurlar Yusif

MedProInfo