Çəki artırmaq

Çəki artırmaq çəkinin azalmasından da çətin bir prosesdir. Bu müddət səbr və zaman tələb edir. Çəki artımı zamanı məqsəd yağ və yağsız kütləni artırmaqdır. Ən çox da əzələ kütləsini artırmaq lazımdır 1-Günün ən vacib yeməyi səhər yeməyi çəki artırılmasında çox vacibdir. 2- Çəki artırmaq istəyənlər rejimli və keyfiyyətli qidalanmalıdır. Rejim olmadıqda çəki artımı baş vermir. 3-Əzələ kütləsinin artırılması üçün zülal və karbohidrat miqdarına xüsusi diqqət yetirmək lazımdır. Hər yeməkdə zülallı,karbohitratlı və yağlı qidalar olmalıdır 4-Ən əsası isə idmanla məşğul olmalısınız. İdam sizin əzələ kütlənizi artıracaq. Ara öyünlerdə kalorisi və protein miqdarı çox olan qidalar seçin. Əsasən qoz, fındıq, badam kimi çərəzlər, süd, təzə və quru müyvələr, ayran kimi qidalar seçə bilərsiniz. Əsas yeməklər zamanı mədəni mayelərlə dolmamağa diqqət edin. Yeməklə bərabər maye qəbul etməyin. Bu sizin tez doymağınıza səbəb olacaq. Ədviyyatlar və bəzi souslar iştahı artırır. Yeməklərdə istifadə edilməsi məsləhətdir. Şirniyyatlar iştahı azaltmayacaq və miqdarı çox olmayacaq şəkildə yeyilməlidir. Şox miqdarda şirniyyatın yeyilməsi əsas yeməyin miqdarının azalmasına və ya iştahın kəsilməsinə səbəb olur. Yeməkdən sonar qəbul edilməsi daha məqsədə uyğundur

Fidan Hamidova