Uşaqlarda qəbizliyin səbəbləri

Əziz Analar!

Aşağıdakı faktorlar uşaqlarda bağırsağın motor funksiyasını pozur və qəbizliyə gətirib çıxarır:
- Uzun müddət qeyri-rasional qidalanma - çox miqdarda zülal, karbohidratla (şəkər) zəngin, ancaq bitki lifləri az olan;
- Uşaqların az maye qəbul etməsi və xroniki maye defisitinə gətirən hallar;
- Qida rejiminin pozulması və antibiotikoterapiyadan sonra yaranaraq bağırsaq florasının disbalansı ilə müşayiət olunan, çürümə proseslərinin artmasına gətirib çıxaran hallar;
- Qida allergiyaları və bu zaman bağırsaq divarının histaminlə zədələnməsi;
- Anadangəlmə və ya bağırsaq xəstəlikləri nəticəsində yaranan ferment çatışmazlığı;
- Bir çox qurd invaziyaları;
- Raxit və kalsium mübadiləsinin pozulması nəticəsində bağırsaq divarındakı əzələlərin tonusunun azalması;
- Dəmir azlığı və bunun nəticəsində bağırsaq divarındakı əzələlərdə oksiıen azlığı;
- Qalxanabənzər vəzinin hipofunksiyası;
- Sinir sisteminin zədələnməsi və bunun nəticəsində bağırsaqların funksiyasının pozulması;
- Defekasiya aktı zamanı ağrı, qorxu kimi hallardan yaranan psixoloji faktorlar;
- Tez-tez imalələrdən (klizma), bağırsaq boşaldıcı şamlardan və ya həblərdən istifadə edilməsi və bunun nəticəsində bağırsaqlarda bu tip preparatlardan asılılıq yaranması.

Tərlan Əyyubov