Serebral iflicli uşaqlarda nitq pozulmaları

Nitq-əhəmiyyətli, mərkəzi psixi funksiyalardan biridir. Nitq uşağın ümumi və psixi inkişafına böyük təsir göstərir. Təfəkkürün inkişafı nitqin inkişafından asılıdır.

Serebral iflicli uşaqlarda nitq-hərəki analizatorunun üzvi zədələnməsi baş verir. Bu tək səs tələffüzünün deyil, həm də səsin, tənəffüsün, nitqin tempinin və ritminin pozulması ilə nəticələnir. Serebral iflic zamanı əsasən fonetik-fonematik qavrayış pozulması müşahidə olunur. Dizartriya, alaliya, nitq inkişafının 2-ci dərəcəli ləngiməsi, kəkələmə kimi ağır nitq qüsurları serebral iflic zamanı görülməkdədir.

Dizartriya - mərkəzi sinir sisteminin zədələnməsi ilə artikulyasiyanın inervasiyasının pozulması nəticəsində nitqin səs tələffüzü pozgunluğudur.
Dizartriya zamanı artikulyar əzələ tonusu pozulması ( üz, dil, dodaq və yumuşaq damaq əzələləri) müşahidə olunur. Spastik tonusun yüksəlməsi, əzələ gərginliyi olur. Dil bükülü vəziyyətdə geri dartılır, dilin ucu passiv olur. Üst dodağın spastik növü zamanı ağız açıq vəziyyətdə olur və ağız suyunun axması (hipersolovasiya) baş verir.

Bəzən əzələnin hipotoniya vəziyyətində dil ağızda süst, dodaqlarsa açıq vəziyyətdə olur. Sərt damağın əzələlərinin hipotoniyası zamanı dilçək yetərincə yuxarı qalxmır və hava axını burundan çıxır.
Serebral iflicli uşaqların nitqinin bərpası zamanı korreksiya işini əsasən sadalanan səbəblərə görə təşkil etmək lazımdır.

Fəridə Tagıyeva

DİGƏRLƏRİ