Dəbdə olan pəhriz yoxsa sağlamlıq?

“ Qlüteinsiz qidalanma “ kimlərə tədbiq olunmalıdır? Qlütein arpa, çovdar , buğda və digər taxılların tərkibində olan zülal növüdür. Taxılın faydalı və əsas hissələrindən biridir. Sağlam şəxslərin qlüteinsiz qidalanmasına ehtiyac yoxdur. Amma qlüteinə allergiyası ( Seliakiya xəstəliyi ) olan şəxslər rasionlarından qlüteini çıxartmalıdırlar.
Tərkibində qlütein olan qidalara diqqət etsək görürük ki, tərkibindəki qlüteindən asılı olmayaraq sağlam qidalanma siyahılarında yer almırlar. Bu qidaların böyük hissəsinin qlisemik indeksi yüksəkdir, sürətli həzm olunan karbohidratlara aiddirlər. Bir hissəsi isə tərkiblərində olan qatqı maddələrinə, souslara və işlənmiş qidalar olduqlarına görə sağlam qidalanma proqramlarına daxil edilmir. Dəb üçün pəhriz saxlamağa ehtiyyac yoxdur . Sağlamsınızsa sağlam qidalanın, sağlamlığınızı qoruyun . Arıqlamaq üçün sağlam və balanslaşdırılmış pəhrizlə arıqlayın və ən əsası idman edin . Tərkibində qlütein olan qidalar buğda, arpa, yulaf, çovdar və bunlardan hazırlanan çörək və digər qidalar, makaron, bulgur, çips, lokum, bəzi kofe növləri və.s

Fidan Hamidova