Kriptorxizmin müalicəsində Xorionik Qonadotropin lazımdırmı?

 

2014-cü ildən Amerika Uroloji Assosiasiyasinin məsləhətlərinə görə, yalançı kriptorxizmin və “qalxmış xayalar”ın müalicəsində hormonal preparatlardan artıq istifadə edilmir. Çünki, çoxsaylı araşdırmalar nəticəsində effektivliyi sübut edən heç bir sübut əldə edilməmişdir.

Aydınlıq üçün:

Psevdokriptorxidizm və ya Yalançı kriptorxidizm – kiçik uşaqlarda müşahidə olunan və bəzən xayaların xayalıqda olmamasıdır, baxmayaraq ki, xaya artıq xayalığa düşüb; xayalar muəyyən vaxtlar yuxarıda, müəyyən vaxtlar aşağıda olur.
Həqiqi kriptorxidizm – anadangəlmə patologiya olub, xayaların xaya kisəsinə düşməməsidir.
“Qalxmış xayalar” – ingilis ədəbiyyatında son zamanlar – Ascended Testicles kimi rast gəlinir. Həqiqi kriptorxizmdən fərqli olaraq, doğulduqdan sonra xayalar xaya kisəsinə düşür, amma nə vaxtsa qalxir və artıq əvvəlki yerinə düşmür.

 

Tərlan Əyyubov