30 yaş sonrası qadınlarda qəbul olunması gərəkən qida əlavələri

30 yaş sonrası qadınlarda qəbul olunması gərəkən qida əlavələri

Qadınlar ev, iş və sosial həyatı olduqca ritmlı şəkildə yaşayır. Müasir dövrdə sağlam qidalanma, immun sistemi qorumağın nə dərəcə çətin olduğu da sirr deyil. Məncə gözəllik və sağlamlığımız öz əlimizdədir. 30 yaşdan sonra sağlam, enerjik, canlı qalmaq istəyiriksə, mütəmadi olaraq dəstəkləyici vitamin və minerallar qəbul etməyimiz şərtdir. Buna görə də qida ilə yetərincə ala bilmədiyimizi düşündüyümuz maddələri rasionumuza özümuz qida əlavələri şəklində əlavə etməliyik. Farmakologiya sahəsində olan biliklərimə əsasən bu qida əlavələrinin qəbulunu məqsədəuygun hesab edirəm
Biotin
Omeqa3
Maqnezium
Dəmir
Vitamin C
VitaminB kompleks
Vitamin D
Kalsium
VitaminE

Həmçinin bu maddələr də zənnimcə qəbul olunmalıdır
Hialuron turşusu
Koenzim Q-10
Kollagen

Ayriliqda preparatlara nəzər salaq

Biotin(vit B7) saçların saglamlığı üçün əvəzolunmazdır. Ayrica tablet şəklində qəbul oluna bilər və müxtəlif saç vitamin komplekslərinin də əsas tərkib hissəsidir. Bunlara ən effektiv saydığım Perfektil tabletlerini nümunə gostərə bilərəm.

Omeqa 3 insan bədənində əmələ gəlmir və kapsul şəklində qəbul olunur. Xolesterol səviyyəsini aşağı salır, ürək damar xəstəlikləri riskini azaldır, Alsheymer riskini azaldır, diqqəti artırır.

Maqnezium bədəndə əzələ və sinir sistemini, protein və yağ sintezini, enzimlərin normal işləməsini tənzimləyir, əzələ qıcolmalarının qarşısını alır və ən əsası yuxusuzluğun qarşısını alır.
Apteklərdə tablet şəklində satılır.

Dəmir əksikliyi dünyada ən sıx rast gəlinən anemiya növüdür, müalicəsində dəmir preparatları istifadə olunur. Bu preparatlar acqarına təyin olunur və süd və süd məhsullari ilə birlikde qebul olunmamalıdır.

Vitamin C immun sistemi gücləndirir, şış və ürək xəstəlikləri riskini azaldır.

Vitamin B kompleksi , vitamin B12 hər qadının alması gərəkən vacib maddədir, əksikliyi əsəbilik, depressiyaya səbəb olur. B6 vitamini (piridoksin) bədəndə hormon və beyin maddələrinin ifrazını dəstəkləyir. B2(riboflavin) böyümə və saglam metobalizm üçün cox önəmlidir, enerji artırır, stress , yorgunluq və gərginliyi azaldır.

Vitamin D sümüklərin güclənməsi üçün vacib rol oynayan kalsiumun sovrulmasını təmin edr. PMS simtomlarını da azaldır. Günəş işığı almaq vitaminD ehtiyacımızı ödəyir. Lakin qış aylarında vitamin D ehtiyacımızı ödəmək üçün Vit D kapsulları qəbul etməliyik. Bunu ayda 1 dəfə vitD ampulunu çörəyə töküb yeməklə əvəz etmək olar.


Kalsium adekvat dozada sağlamlıq üçün cox önemlidir və sümüklərimiz üçün əsas komponentdir.

Vitamin E (tokoferol) bədəndəki yaşa baglı dəyişiklikləri yavaşladır, anti-aging özəlliyinə malikdir. Saç və dəri üçün önəmlidir.

Hialuron turşusu bədəndə əmələ gələn maddədir, əsasən dəridə, gözdə, birləşdirici toxumalarda toplanır, funksiyası toxumaları nəmli saxlamaqdır. Bir çöx anti-aging kremlərinin tərkib hissəsidir, qırışları azaldır, nəmləndirir. Həmçinin kapsul şəklimdə qəbulu da effektivliyi dəfələrlə artırır. Müasir kosmetologiyada filler şəklində qırışlara yerli olaraq inyeksiya edilir.

Koenzim Q-10 hüceyrələrdə enerji deposu olan və mitoxondrilərdə toplanan maddədir. Hüceyrələri oksidativ zədələrdən qoruyur, bədəndə yaşla ifrazı azaldıgına görə qəbulu vacibdir.

Kollagen bədəndə olan lifli proteindir, sümük əzələ sisteminə təsir edir, bədəndə ən vacib protein hesab olunur. Daxilə qəbul oluna bilər, effektləri isə bunlardır dəri daha cavan təravətli görünər, qırışlar azalar, dəridəki çatlar yox olar, sümük və oynaq sistemi güclənər.

Bütün bu qida əlavələri mütəmaddi olaraq qəbul edilə bilər amma hamısını eyni anda qəbul etmək lazım deyil, məsələn ardıcıl olaraq 1 ay hialuron turşusu, bitdikden sonra Koenzim Q-10 daha sonra isə 1 ay Kollagen qəbul etmək daha yaxşı olar.

 

 

Aidə Mirzəyeva