SU ÇIÇƏYI ZAMANI QAŞINMANI NECƏ YÜNGÜLLƏŞDIRMƏK OLAR?

Əsrlər boyu qərbi avropada yulafdan dəri qaşınmalarının sakitləşdirilməsi üçün istifadə ediblər. O nəinki dərini nəmləndirir, hətta onu yumşaldır, quruluğu aradan qaldırır. Valideynlər şad olacaqlar bilməyə - yulaf istifadəsi su çiçəyi zamanı da köməklik göstərir.
Yulafda beta-qlukan adinda maddə var və su ilə təmasda gel əmələ gətirir. Bu gel dərini xaricdən bürüyür və dərinin nəmliyini saxlamaqda böyük rol oynayır.
Evdə yulaf vannasının qəbul edilməsi, sizin uşaqda su çiçəyi xəstəliyi zamanı qaşınma və diskomfortu yüngülləşdirə bilər.
Yulafı istənilən mağaza və ya supermarketdən əldə edə bilərsiniz. Vanna üçün ən yaxşısı dənli yulaf kaşasıdır (tez, yəni 3 dəqiqəyə hazır olan yox!!!). Həmçının, yaxşı olar qarışığı olmayan, aromatizator qatılmayanlardan alasınız.
1. Hər hansı bir uzunboğazlı corab, çulki və ya parça kisə götürün. Əsas əhəmiyyət kəsb edən parçanın materialıdır. O suyu buraxmalıdır, yulaf dənələrini yox.
2. Onun içinə yarım çaşka yulaf dənələri və ya yulaf lopaları tökün və yuxarıdan düyünləyin.
3. Vannanı ilıq su ilə doldurun. !!!Qaynar su olmasın, çünki dərini və səpgiləri qıcıqlandıracaq.
4. Vanna dolduğu müddətdə corabı suyun altında tutun və tez-tez sıxın. Bir neçə dəqiqəyə hiss edəcəksiz ki, corabın icçindəki maye sabunabənzər və köpüklü olur, suyun rəngi isə süd rənginə dönür.
5. Uşağı yulaf vannasında 15-20 dəqiqə çimizdirin. Meşok vəya corabı vannadan götürüb uşağın dərisi üzərində sıxın və ya onun özünə verin harada qaşıntı hiss edir ora sıxsın.
6. Vannanı gün ərzində bir neçə dəfə edə bilərsiniz.

Tərlan Əyyubov