SU ÇIÇƏYI ZAMANI VANNA VƏ DUŞ QƏBUL ETMƏK OLAR!!!

Yuyunmaq su çıçəyi zamanı nəinki olar, hətta vacibdir də. Birincisi, tər və çirk təmizlənmədikdə əlavə irinli yaraların əmələ gəlməsinə gətirib çıxarır. İkincisi, su prosedurları dərini yumşaldır və qaşınmanı yüngülləşdirir.

Ancaq müəyyən qaydalara riayət etmək vacibdir:

- Qaynar sudan və moçalkalardan istifadə etmək lazım deyil. Yuyunmaq uçun sabun, qel, şampun, pena (köpük) kimi yuyucu vasitələrdən istifadə etmək qadağandır. Belə ki, onlar dərinin iltihablı səthlərinə dəydikdə dərini bir az da artıq qıcıqlandıra, qaşınmanı artıra və dərini zədələyə bilərlər;

- Duş və vanna qəbulu qisa müddətli, ancaq tez-tez olmalıdır (4-5 dəfə gündə);

- Qurutma zamanı, dəsmalla kobud şəkildə qurulamaq məsləhət deyil. Ən yaxşısı ehmalca, sürtmə hərəkətləri etmədən çox yumşaq dəsmalla toxundurucu hərəkətlərlə qurutmaqdır. Hər yuyunduqdan sonra onları yeniləmək lazımdır. Dəri tam quruduqdan sonra isə onun üzərindəki səpgiləri “zelyenka” və ya digər vasitələrlə işləmək məsləhətdir.

Tərlan Əyyubov