Arıqlama dərmanlarının əlavə təsirləri

Çox təəssüf ki, saglam olaraq kilo verə biləcəyimiz dərman maddəsi yoxdur. Heç bir arıqlama dərmanı ziyansiz deyil. Tam olaraq insan orqanizmi üçün zərərsiz dərman maddəsi hələ ki, kəşf olunmayıb. Bildiyimiz preparatlarla kilo vermək mümkünsüz sayıla biləcək qədər çətindir və verilən kilolar çox tez geri qayıdır. Təcrübəmdə hələ ki dərman maddəsilə arıqlayıb və bu kilonu saxlaya bilən olmayıb.

Ümumi olaraq bu dərmanlar aşagıdakı kimi təsir göstərirlər

İştahı azaldırlar, toxluq hissi yaradaraq daha az kalori aldırırlar.

Həzmi zəiflədirlər, yağların həzminin qarşısını alaraq daha az kalori aldırırlar, yağ yandirmamızı gücləndirir, daha çox kalori yandırmamızı təmin edirlər.

 

İştah hissimiz  mərkəzi sinir sistemimizin mühüm hissəsi olan seratoninergik  sistemimizlə tənzim olunur. Seratonin tək iştahı yox, həmçinin emosional vəziyyəti, əqli qabiliyyət və davranışı tənzimləyir. Bu sistemin pozulması  dövrümüzün ən ağır psixiatrik xəstəliklərindən depressiyaya, şizofreniya və bipolar xəstəliklərə gətirib çıxardır.

 

Arıqlama dərmanlarına ayrılıqda nəzər salaq

Sibutramin piylənmə müalicəsində ilk istifadə olunan dərmanlardandır. Psixiatrik və kardiolojik əlavə təsirlərinə baxmayaraq hələ də işlənir. Ən agir fəsadları olan maddələrdən biridir, psixi sferanı pozur, əsəbilik, yorğunluq, depressiya yaradır.

Lorcaserin, serotonin reseptor agonistidir. əlavə təsiri sibutramində olduğu kimidir.
Baş ağrısı, yorgunluk əmələ gətirir.

Kamboca yaşıl agacı meyvəsi, qabıgında hidroksisitrik asit vardır, seratonini artırır. Plasebo terapiya zamanı heç bir fərq aşkar edilməmişdir.

Kofein, dünyada ən  çox qəbul edilən psixo-aktif maddədir. Qahvədə, yaşil çayda və açı şokoladın tərkibində vardır.
kofeinin metabolizmanı sürətləndirdiyi məlumdur. Təcrübələr kofeinin metabolizmanı %3  - %11 arasında sürətləndirdiyi  və yağ yanmasının %29’ə qədər artırdığını göstərmişdir. Əlavə təsirləri: yüksək miqdarda kofein qəbul etmək bəzı insanlarda qayğı, yuxusuzluq, əsəbilik və titrəmələr, mədə bulantısı, ishal kimi əlavə təsirlərə səbəb ola bilir.

Orlistat .  Alli markasıyla reseptsiz, XENICAL markasıyla reseptli olaraq satılır.
Bu maddə mədədə yağların parçalanmasını əngəlləyir, və yağlardan  gelen kalori miqdarı azalır.Həzm sisteminə əlavə təsiri çoxdur, güclü ishal törədir, bagırsaq hərəkətləri kontrolsuz olur. Zənnimcə bundan məntiqsiz dərman maddəsi düşunmək mümkün deyil. Təsəvvür edin ki, orlistatın təsir mexanizminin əsasını ishal təşkil edir. Belə çıxır ki,  onun adi bağırsaq peristaltikasını artıran maddələrdən heç bir fərqi qalmır. Həmçinin də ishalı azaltmaq üçün orlistat qəbul edən vaxt yaglı qida yemək olmaz, çunki ishal artar, onda elə dərmansız yagsız qida qəbul edərək arıqlamaqda mümkundür, niyə bu dərman qəbul olunsun?

Yaşıl qəhvə
Yaşıl qəhvə tumu, qovrulmamış qəhvə tumudur.
 Kafeinin göstərdiyi təsirlə eynidir.

Glucomannan, Konjac olaraq bilinən bitkinin (Amorphophallus paeoniifolius) köklərində olan lifdir.
Glucomannan, suyu sovuraraq, gelə çevrilir, mədənin dibinə çökərək, toxluq hissi yaradır

Yan təsirləri: şişkinlik və miədə gazı yarada bilər. Bağırsağı yumuşalda bilər. Ayrıca birlikdə qəbul edildikdə ağızdan alınan bəzi dərmanların etkisini azalda bilir.

Meratrim
Meratrim nisbətən təzə dərmandır. Bitki mənşəlidir. Yağ hüceyrələrinin çoxalmasını çətinləşdirir, qan dövranından daha az yağ almalarını və depolanmış yağlardan yandırmalarını təmin edir.

 Acı Portağal (Sinefrin)
Sinefrin, eskiden arıqlama dərmanlarında istifadə olunan efedrine benzer bir maddədir.
efedrin istifadəsi qadağan olunduğuna görə ticari məqsədlə istifadə olunur.
Sinefrin, efedrine benzer bir mexanizmi vardır ama ondan daha güçsüzdür. İştahı bastırır ve yağ yanmasını arttırır.

 

 

Aidə Mirzəyeva