MEDXƏBƏR

Beyni insultdan sonra bərpa etmək olur

Mövzular: Tədqiqat, ixtira


Kaliforniya Universitetinin əməkdaşları, insult qurbanı olmuş xəstələrdə yeni neyronlar və damarlar yaranmasını təmin edən bir gel yaratdılar. Onun effektivliyi gəmiricilərlə aparılan təcrübələrlə sübuta yetirildi, Medical Express xəbər verir. Belə çıxır ki, çoxdan hüceyrələri ölmüş yerlərdə beyin toxuması yenilənə bilər.

Məlumdur ki, beyndə insultdan sonra zədələnmiş hissələrdə hüceyrələri bərpa etmə qabiliyyəti yoxdur. Qaraciyər və dəridən fərqli olaraq  beyin regenerasiya qabiliyyətinə malik deyil. Belə halda, insultdan sonra hüceyrələri ölmüş zona ümumi sistemdən təcrid edilmiş hala düşür (boşluq yaranır).

Alimlər boşluğun ətrafında yerləşən sağlam toxumalara müdaxilə etməklə zədələnmiş sahəni bərpa etmək məqsədində idilər. Bu məqsədlə onlar boşluğa sıxlığına görə beyin toxumalarının xüsusiyyətlərini təqlid edən xüsusi bir gel vurdular.  Bu gel, yeni qan damarlarının və hüceyrələrin böyüməsi üçün bir karkas yaratdı. Gel, damar böyüməsini stimullaşdıran və iltihabi prosesi boğan molekullardan ibarət idi.

Beləliklə, siçanlarda 16 həftə sonra  neyron şəbəkələri də daxil olmaqla, sağlam beyin toxuması müşahidə olundu. Heyvanlar daha yaxşı fiziksəl  görünüşə sahib idi və bu isə yanaşmanın effektivliyini göstərir. Nəhayət, gel bədən tərəfindən sovrulur və yerində yeni bir sağlam beyin toxuması buraxır.