MEDXƏBƏR

Uşaqlarda qan xərçənginin əsas səbəbi açıqlandı

Mövzular: Uşaqlar, Araşdırma


Kəskin limfoblastik leykoz  (KLL), sümük iliyinin zədələnməsi ilə gedən ağır onkoloji xəstəlikdir. Çox vaxt KLL uşaqlıq dövründə inkişaf etməyə başlayır. Bu xəstəliyə daha çox,  inkişaf etmiş ölkələrdə yaşayan yaxşı ailələrdən olan uşaqlarda rast gəlinir, The Daily Mail xəbər verir.

İngilis alimləri KLL ilə bağlı bir neçə tədqiqatın məlumatlarını təhlil etdilər. Tədqiqatçılar aydınlaşdırdılar ki, insanların 5% -i kəskin limfoblastik leykozun inkişafına səbəb ola biləcək genetik mutasiyalara malikdirlər. Ancaq onların hamısı xəstəliyə səbəb olmur. Göründüyü kimi, KLL   riski ümumi immunitet səviyyəsindən asılıdır.

Mütəxəssislər, KLL-a genetik meylli uşaqlar uşaq bağçasına qatılarsa xəstələnmənin 30% daha az olduğunu təsbit etdilər. Tədqiqatçıların fikrincə, bunun səbəbi, uşağın bədəninə digər uşaqlardan daxil olan bakteriyalardan ibarətdir. Patogen mikroflora immunitet sistemini stimullaşdırır. Bu, öz növbəsində KLL inkişafının qarşısını alır.