MEDXƏBƏR

Dəri xəstəliyi ürək problemlərinə səbəb ola bilər

Mövzular: Araşdırma


Egzama özünü səpki ilə biruzə verən, qaşınma və yanma hissi ilə müşayiət olunan kəskin və ya xronik gedişata malik dəri xəstəliyidir. İngilis alimləri təsbit etdilər ki, ağır ekzemadan əziyyət çəkən insanlar, infarkt, insult və aritmiyalara meyllidirlər, UPI.com deyir.

Tədqiqatçılar ekzamalı 385 000-dən çox insanın həyat tarixini öyrənmişlər. İştirakçıların orta yaşı 43 idi. Könüllülər (xəstəliyin şiddətinə görə) qruplara bölündülər. İştirakçılar təxminən 5 il ərzində təqib edildi. Mütəxəssislər, siqaret, çox çəki və spirtdən istifadə kimi amilləri də nəzərə aldı.

Şiddətli ekzema xəstələrində insultun olma ehtimalının 20% daha çox olduğu ortaya çıxdı. Şiddətli ekzema xəstələrində ürək çatışmazlığı, səyirici aritmiya və miokard infarktı riski 40-50% artmışdır. Alimlər həkimlərə işin nəticələrini nəzərə almaq və ekzema xəstələri arasında ürək-damar xəstəliklərinin qarşısını almağa çağırır.