MEDXƏBƏR

Oksigen azlığını bərpa edən dərman tapıldı

Mövzular: Farmakologiya, tədqiqat, ixtira

Kaliforniya Universitetinin alimləri və Omniox. Inc kompaniyası hipoksiyadan (oksigen çatışmamazlığı)zərər çəkmiş ürəyin işini bərpa edə biləcək dərman OMX-CV -ni yaratmışdır, Xinhua xəbər verir. Belə mənfi hallar travma, ürək-damar sistemi xəstəlikləri, xərçəng səbəbindən inkişaf edə bilər.

Preparat hemoglobin əsaslı məhsullardan fərqli olaraq artan oxygenasiya (özlüyündə təhlükəli ola bilər) kimi yan təsirlərə yol açmadan oksigenin ürək  toxumasına birbaşa çatdırılmasına imkan verir. O, heyvanlar üzərində artıq sınaqdan keçirilmişdir. Bu modifikasiya edilmiş kimyəvi tərkibə malik H-NOX bakterial proteininə əsaslanır.

Modifikasiya olunmuş  versiya azot oksidinə toxunmadan oksigenə yaxşı bağlanır. Protein hipoksiyaya məruz qalmış toxumaya daxil olana qədər bağlantı  davam edir. Burada bağ qırılır və oksigen sərbəst buraxılır. Bu çatdırılma sistemi tamamilə təhlükəsizdir və bu da kiçik uşaqlar üçün hətta nəzəriyyədə istifadə etməyə imkan verir.