MEDXƏBƏR

1 Dekabr - Ümumdünya QİÇS ilə Mübarizə Günü

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və 1988-ci ildə BMT Baş Assambleyasının qərarına əsasən,  Ümumdünya QİÇS ilə Mübarizə Günü dekabr ayının 1-də dünyada qeyd olunur. Bu gün səhiyyə məsələləri ilə bağlı və xəstəliyin qurbanlarından bəhs edən məlumatlılığın artırılması, həmçinin müalicə və profilaktik tədbirlərə giriş imkanlarının genişləndirilməsi kimi qeyd edilən ən mühüm beynəlxalq günlərdən biriidir.

5 iyun 1981-ci ildə Amerika Hastalıklari İdarəetmə Mərkəzi yeni bir xəstəlik - QİÇS (Acquired Immunodeficiency Syndrome) tapdılar. Bu, HİV infeksiyasının uzun müddətli gedişatına səbəb olan açıq immun çatışmamazlıq fonunda insanlarda inkişaf edən ciddi bir vəziyyətdir. 1988-ci il dekabrın 1-də QİÇS Günü ilk dəfə olaraq, bütün ölkələrin səhiyyə nazirlərinin iclasında sosial tolerantlıq çağırışı və HIV / AIDS haqqında informasiya mübadiləsinin artırılması çağırışından sonra qeyd olundu.

Dünya QİÇS ilə Mübarizə Günü bir çox ölkələrdə illik bir hadisə halına gəlib. Dekabrın 1-i günün keçirilmə tarixi olaraq təyin olunmasına baxmayaraq, bir çox icmada rəsmi qeyd etmədən əvvəl və sonra günlərlə, həftələrlə bir neçə tədris və diaqnostik tədbirlər keçirilir. Qırmızı Lent isə - QİÇS-ə qarşı mübarizənin simvoludur