MEDXƏBƏR

Həyat tərzi & təbii ritmin uyğunsuzluğu xəstəliklərə səbəb olur

Mövzular: Araşdırma


Artıq sirr deyil ki, bədənin  daxili ritmlərinin təbiət tsikli olan gecə və gündüzün dövrü ritmi ilə uyğunlaşması optimal səviyyədə enerji saxlamağa imkan verir. Mail.RU News qəzetinin xəbərinə görə, Avstraliyalı psixoloq Bailey Boşa istinadən, əgər insan daha primitiv bir həyat rejimi qura bilsə, bir növ elektrik enerjisini icad etməmişdən əvvəldə olan vaxtlardakı kimi  onda onun, daxili saatın yenidən qurulması kimi imkanı var.

Bioloji cəhətdən, adam şəfəq oyanışında yuxudan oyanmalı və qaranlıq düşəndə yatmalıdır. Lakin elektrik işıqlarının istifadəsi, yorğunluq, stressə,  depressiyaya, narahatlığa səbəb olur. Təsdiqləmək üçün  insan xronotipi ilə qadınlarda depressiya riski arasındakı əlaqələrə dair bir araşdırma verilir. Təxminən 33.000 qadın məlumatlarının təhlili aparılmışdır.

Məlum oldu ki, tez yatan və oyanan insanlarda gec yatanlara nisbətən depressiyaya məruz qalma  ehtimalı 25 %  aşağıdır.  Psixoloqların fikrinə görə tez oyanan insanların günü daha produktiv olur. Həmçinin yatma və qalxma vaxtı eyni olmalıdır.

Həmçinin, yatmağa  altı saat qalmış qəhvə içməmək, təbii işıqda daha çox qalmaq, fiziki fəaliyyət səviyyəsini saxlamaq, yataqda mobil qurğuları istifadə etməmək və yatmadan əvvəl elektrik işığınının parlaqlığını zəiflətmək məsləhət görülür.