
Mövzular: Araşdırma
Mədə-bağırsaq traktının milyonlarla bakteriyası var. Ancaq Alabama Universitetinin əməkdaşlarına görə, bu mikroorqanizmlərin bir qismi problemsiz olaraq beyində mövcud ola bilər. baxmayaraq ki, beynin hematoensefalitik baryer vasitəsi ilə xarici agentlərdən qorunub saxlanılır.
Burada söhbət Bakteroidlər, Firmikutlar, Proteobakteriyalardan gedir. Əgər bu bakteriyalardan biri hər hansısa bir yolla burun və ya qan damarlarından bu cür penetrasiyası baş verərsə, kəskin iltihabı prosesə və insanın həyatı üçün təhlükə yarada bilir - Pravda.ru xəbər verir.
Alimlərin əlində, bakteriyaların koloniyaları aydın görünən beyin (beyin toxuması nümunələri) araşdırmasının nəticələri var. Bu kəşf, şizofreniya və sağlam insan beyninin müqayisəsi zamanı edilmişdir. Nümunələrə elektron mikroskopundan istifadə edərək, müəyyən olmayan çubuq şəklindəki obyektlər ortaya çıxdı. Daha dərin təhlili beyində bakteriya varlığını ortaya qoydu. Bütün 34 nümunəni təkrar araşdırarkən, araşdırmaçılar bakteriyalarının mövcudluğunu təsdiqlədi.
Bakteriyaların insan beynində uzun müddət yaşadığı gözlənilirdi, lakin son vaxtlara qədər bunun mümkünlüyünü müəyyən etmək mümkün olmamışdı. Yalnız yüksək texnologiyalı avadanlıqların görünüşü ətraflı şəkillər və bakteriyaları aşkarlamağa izin verdi.