MEDXƏBƏR

"MEDVOYAGE" tibbin hər istiqamətində individual bələdçidir

"MedProİnfo"-nun təşkilatı dəstəyi olan "MEDVOYAGE Tourism & Education" şirkəti, Azərbaycanda ilk və yeganə şirkətdir ki, tibbi turizm sahəsində rəsmi olaraq INCOMING xidmətlərini həyata keçirir.

“MEDVOYAGE”
şirkəti Sizlərə yalnız və yalnız savadına, bacarığına güvəndiyi, dünya standartlarına uyğun olan həkimləri və eyni zamanda beynəlxalq səviyyədə xidmət göstərən klinikaları tövsiyyə edir. Bundan başqa, Sizə ölkəmizin ən gözəl guşələrində sanator-kurort müalicəsi xidmətlərimizi də təklif edə bilərik. Bizim üstünlüklərimizə gəldikə isə, ölkəmizin əlverişli coğrafi zonada yerləşməsini, Avropa və Asiya ölkələri üçün əlçatan olmamızı, rus, türk, ingilis dillərində sərbəst danışmaq bacarmağımızı göstərə bilərik. Həmçinin biz tibbi turizm sahəsində “OUTGOİNG” xidmətləri göstəririk ki, burada Avropanın, Türkiyənin və İzrailin öndə gedən klinikaları ilə əməkdaşlıq edirik. Bu klinikalarda çalışan həkimlərin təhsil və savadlarının dünya standartlarına uyğun olduğundan əminik. Buna görə də, hər zaman müştəri məmnuniyyətinə yüksək zəmanət veririk. Xarici konfranslarla bağlı mərkəzləşmiş vahid sistem olmağımız, həkimlərin bu konfranslarda iştirakı üçün, onların rahat və təhlükəsiz səyahətini (viza, otel, bilet) təmin etməyimiz, akreditasiya olunmuş yerli konfransların təşkilində yaxın ölkələrlə yanaşı, dünya həkimlərini iştiraka cəlb etməyimiz bizi digərlərindən fərqləndirən amillərdir.