MEDXƏBƏR

Alzheymer xəstəliyinin müalicəsində uğurlu nəticə

Mövzular: Farmakologiya, tədqiqat


Biz  A vitamini əsasında yüklənmiş preparatdan danışırıq. Məlumdur ki, bədəndə  parçalandıqda, vitamin A sinir sisteminin inkişafı üçün vacib olan retinoin turşusuna çevrilir, The Daily Mail-in məlumatına görə.

Ekspertlərin fikrincə, A vitamininin sintetik versiyası həqiqətən Alzheymer, Parkinson, Lou Gehrig xəstəlikləri (amyotrofik lateral skleroz), hərəki neyron xəstəliklərindən xilas edə bilər.  İndi sintetik alternativlərin yaradılmasında Aberdin və Duarem universitetləri  məşğul olur.

Retinoin turşusu bətndaxili gözlərin, beynin inkişafında iştirak edir.  Hissi, hərəki və beyin fəaliyyətini idarə edən sinirlərin böyüməsi və bərpasında vacib rol oynayır.  Məhz neyrodegerenativ xəstəliklər bu sinirlərin zədələnməsi ilə bağlıdır. Ekspertlər ümid edirlər ki, yüksək səviyyədə retinoin turşusu sinir zədələnmə prosesini yavaşlatmalı və sinir hüceyrələrinin sayını artırmalıdır.