MEDXƏBƏR

Dəri qaşınmasına qarşı gözlənilməz bir çarə tapıldı

Mövzular: Alternativ tibb, araşdırma


Qaşıntıdan xilas olmaq üçün dəri üzərini işıqlandırmaq kifayətdir. Gəmiricilərlə aparılan təcrübə göstərildiyi kimi, The Daily Mail-in məlumatına görə, dərinin şüalandırılması siçanların qaşınmasının azalması ilə nəticələndi. Bu, psoriaz və ya ekzema xəstəliyi olan insanlar üçün əhəmiyyətli bir kəşfdi.

Qaşıntı zamanı başlıca problem, xəstənin bu nahiyəni qaşıyaraq, müvəqqəti olaraq xoşagəlməz hissi aradan qaldırmasıdır.  Lakin, bu zaman dərinin daha çox zədələnməsi müşaidə olunur.  Yaxın vaxtadək həkimlər cildin bariyerini qoruyan, iltihabı aradan qaldıran və dəriyə nəmlik verən kremləri təklif edirdi. Amma onlar mənbənin özü üçün nəzərdə tutulmamışdır.

Romadaki Avropa Molekulyar Biologiya Laboratoriyasının heyəti problemi fərqli bir şəkildə həll etməyə qərar verdi. Onlar qaşınmaya həssas olan dərinin səthində hüceyrələri bağlaya bilən IL31-IR700 fotosensitiv kompleksi hazırladılar. Alimlər bu birləşməni xronik qaşınması olan siçovulların dərisinə inyeksiya edərək, sonra infraqırmızı işıq ilə şüalandırdılar. Qaşınmağa həssas olan hüceyrələrin səthində olaraq, birləşmə, qaşıntının özünü fiksə etməyə imkan verən elementlərdən məhrum edirdi. Əhəmiyyətli olan odur ki, təsir yalnız bu hüceyrələrə olurdu-ağrı, titrəmə və ya istilik fiksasiyası ilə əlaqəli hüceyrələrə toxunmadan aparıldı. Effekt isə  bir neçə ay davam etdi.