MEDXƏBƏR

Kimyaterapiyanın mənfi təsirlərinə qarşı alternativ yol tapıldı

Mövzular: Farmakologiya, tədqiqat, ixtira


BBC-nin verdiyi məlumata görə, Kaliforniya Universitetinin mütəxəssisləri venada yerləşdirilən mikroskopik süngəri sınaqdan keçirdilər. Onun vəzifəsi, kimyaterapiya zamanı dərmanların şişə öz təsirini göstərdikdən sonra, qan dövranından kimyaterapiyanın artıq təsirini aradan qaldırsın. Bu isə , ürəkbulanma və saç tökülməsi kimi mənfi reaksiyalardan xəstəni qorumalıdır. Bu günə qədər sınaq donuzlar üzərində aparılıb.  İnsanlarda isə təcrübə önümüzdəki illərdə həyata keçirilə bilər.

Dərman filter - üç ölçülü printerdə hazırlanan elementdir. Bu da,  hər bir şəxsin fərdi parametrlərinə görə çap edilə biləcəyini bildirir. Mərkəzi torlu hissəsi xüsusi örtüklə örtülüdür ki, bu da qan axınına müdaxilə etmədən dərmanları absorbsiya edir.  Element effektiv olaraq  diksorubusini tutaraq,  təxminən 64% -ni qan dövranından çıxarırdı.   Sovurucu örtüyün düzgün seçilməsindən aslı olaraq , hesab olunur ki,  onu digər dərmanlarla da effektiv işlətmək olar.

Bu vəziyyətdə dərman filtrdə qalıcı olaraq saxlanılır - laboratoriyada yuyucu prosedurlardan dərmanı keçirmələrinə baxmayaraq, dərman filtrdə saxlanmışdır.  Bu da onu sübut edir ki, kimyaterapiya zamanı dərman geriyə -qana qayıtmayacaq.  Alimlərin fikrincə, filtr kimyəvi terapiya zamanı implantə edilməli və seansdan sonra çıxarılmalıdır. Kimyaterapiyanın hər bir kursunda  yeni implantdan istifadə tələb edilir.