MEDXƏBƏR

Tədqiqatçılar süni pankreas hüceyrələrini icad etdilər

Mövzular: Araşdırma


Vaşinqton Tibb Məktəbi Universiteti son işinin nəticələrini təqdim etdi - belə ki, alimlər   kök hüceyrələrindən insulin ifraz edən beta hüceyrələrini əldə etməyə müvəffəq olmuşlar. Xinhua qeyd edir ki, yaranan hüceyrələr həmişəkindən daha çox  qan şəkərinin dəyişməsinə qarşı  həssasdırlar.

Alimlər daha effektiv  hüceyrələr əldə etmək üçün hüceyrə böyüməsi istiqamətində müxtəlif dövrlərdə müxtəlif amillərdən istifadə etmişlər. Sonra bu hüceyrələri dibetli  və  immuniteti aşağı olan siçanlara nəql etmişlər ( qarantiya ondadır ki, orqanizm  nəql olunmuş hüceyrələri rədd etməyəcəkdir). Tədqiqatr göstərir ki, yeni hüceyrələr şəkəri kontrolda saxlamağa  kifayət edən dozada insulin istehsal edərək siçanları bir neçə ay diabetdən qorumuşdur. 

Oxşar tədqiqatlar əvvəllər də, həyata keçirilmişdir. Lakin əldə olunan hüceyrələr qeyri-adekvat dozda insulin istehsal edirdi-ya çox aşağı, ya da həddindən çox.  İnsanlar üzərində bunu test etmək üçün alimlər 2 plan üzərində düşünürlər. Birincisi -kök hüceyrələrini elə bir keçiriciliyi olan gel içərisinə yerləşdirmək ki, oraya immun hüceyrələri daxil ola bilməsin, lakin insulin xaric olsun. İkincisi isə nəql olunmuş hüceyrələri immun hüceyrələrin hücumundan qorumaq üçün genomun redaktə mexanizmlərindən istifadəsidir.