MEDXƏBƏR

Alimlər yeni nəticəyə gəldilər

Mövzular: Tədqiqat, ixtira


"British Columbia" Universitetinin əməkdaşları məlumat verib ki, süni yaradılmış damar sistemi sayəsində  diyabet xəstəliyinin müalicəsində çevriliş etmək olar. Bilindiyimiz kimi, diyabetdə damarların bazal membranının anormal qalınlaşması müşaidə olunur, Science Alert  xəbər verir.

Bu qalınlaşma, oksigen və qidalı maddələrin hüceyrə və toxumalara nəqlini pozur. Nəticədə böyrək çatışmamazlığı və korluqdan başlayaraq, ürək tutmaları və insulta qədər bir sıra problemlərə səbəb olur.

Mütəxəssislər kök hüceyrələrindən  damar yarada bildilər. Bu damarları insan bədənində olan diabetik mühitə uyğun olan bir mühitə saldılar. Nəticədə süni damarların bazal membranı təbii damarlarda olduğu kimi qalınlaşdı. Bundan sonra isə alimlər bu qalınlaşmanın qarşısını ala biləcək bir birləşmə axtarırdılar. Nəticədə, müvafiq birləşmə γ-sekretaza fermenti olgu.

Ekspertlərin fikrincə, γ-sekretaza fermentinin tormozlanması diabet xəstəliyinin vəziyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Həm də elm adamları ürək-damar və nevroloji xəstəliklərə qarşı bir çox dərmanın effektivliyini test etməyə imkan verəcək bir universal test sistemi almışlar.