MEDXƏBƏR

Onkoloqlar xərçəng hüceyrələrini piyə çevirərək, şişləri zərərsizləşdirdi

Mövzular: Farmakologiya, Araşdırma


Basel Universiteti döş xərçəngi metastazının müalicəsi barədə təsəvvürü dəyişdirəcək.  Universitet heyəti xərçəng hüceyrələrini  epitelial-mezenximial keçiddə (EMF) "tutdu".  Bu  epitel hüceyrələrinin mezenximaya -birləşdirici toxumaların və kök hüceyrələrin başlanğıc toxumasına  çevrildiyi normal bir prosesdir, "Mail.RU News" yazır.

Xərçəng hüceyrələri epitelial-mezenximial keçidi öz növbəti inkişaf etapı üçün istifadə edirlər.  Belə ki, onlar mezenximaya çevrilməklə əldə etdiyi yeni keyfiyyətdə  şişdən uzaqlaşırlar və qan axını ilə bədəndə yayılırlar, yeni yerlərə birləşirlər və növbəti  şişlərə səbəb olurlar.

Alimlər bir sınaq keçirtdilər. İnsanın xəstə  hüceyrələrini gəmiricilərə köçürərək onları xərçəngə yoluxdurdular. Daha sonra bu gəmiricilərə  roziglitazon (bəzi xərçəng hüceyrələrinin əks fərqliliyinə səbəb olan antidiyabetik dərman) və trametiniboma (bir antitumor preparat) inyeksiya etməyə başladılar. 
Gündəlik inyeksiyalardan ibarət olan iki həftəlik sınaqlardan sonra alimlər müəyyən etdilər ki, gəmiricilərin bədənində şişlərin böyümə inkişafı dayanıb və  epitelial-mezenximial keçitdə  olan bütün xərçəng hüceyrələri dəyişilib, piy hüceyrələri halına gəliblər.