MEDXƏBƏR

Nadir xəstəlik üzə çıxdı

Mövzular: Nadir xəstəliklər, unikal vəziyyət


Live Science -ın verdiyi məlumata görə, bir Çinli qadında, qeyri-adi bir xəstəlik inkişaf etmişdir. O kişi səslərini eşitməməyə başlamış və   səhər həkimə gedərək oğlan dostunun səsini eşitmədiyindən şikayət etmişdir. Daha sonrakı gün  isə qulaqlarda küy və  qusma müşahidə olunmuşdur.

Məlum oldu ki,  qadında stress və yuxu rejiminin pozğunluğu səbəbiylə nadir bir eşitmə itkisi formalaşmışdır. Bu isə , aşağı tezliklərdə olan səsləri eşitmək qabiliyyəti itkisi ilə xarakterizə olunur - koxlear aparatda olan həssas hüceyrələrin zərər görməsi nəticəsində. Buna oxşar anormallıqlar daxili qulaqla əlaqəli olan damar pozğunluqlarının inkişafı, travma və autoimmun xəstəliklərin inkişafı ilə baş verə bilər.

Məlumdur ki, daxili qulaq həmçinin müvazinatın saxlanmasında da məsuliyyət daşıyır və onun zədələnməsi nəticəsində, başgicəllənmə, qusma baş verir. Eyni hadisə məhz bu xanımda da baş vermişdi. Vaxtında həkimə müraciət , eşitmə itkisini önləyə bilər.