MEDXƏBƏR

Kəşf: "bayquş" ların və "torağay" ların beyinləri fərqlilik təşkil edir

Mövzular: Psixologiya, Araşdırma


BBC xəbər verir ki, "bayquşlar"ın (02: 30-da yatağa girən və 10: 15-də yuxudan oyanan) və "torağay" ların (23: 00-dan əvvəl yatağa getmiş və saat 06: 30-da yuxudan oyanan)  beynini müqayisə məqsədi ilə skan ediblər.  Beləliklə, "bayquşlar"da beyin sahələrində daha az aktiv əlaqələr olduğu ortaya çıxdı. Həmçinin diqqət zəifliyi, hadisələrə olan reaksiyanın zəif olması və yuxululuq  müşahidə olunmuşdur.

Görünür ki, "bayquş" lar  ümumiyyətlə qəbul edilmiş iş və təhsil üsulu ilə əziyyət çəkirlər. Tədqiqat çərçivəsində elm adamları 38 könüllü dəvət etdilər. Onlar gün (08: 00-dan 20: 00-a qədər) ərzində bir sıra testlər keçirməyi təklif etmişdilər. Yanaşı olaraq onların yuxululuq  dərəcələrini təyin etmək tələb olunurdu.

"Torağay"lar daha az yuxululuqdan şikayət etdi və səhər testlərində ən yüksək nəticəni göstərdi.  Lakin saat 20: 00-da "bayquşlar" çox  güclü və sürətlə testin öhdəsindən gəldilər. Doğrudur, axşam testlərində "torağay"ların tamamilə uğursuz olduğunu da  söyləyə bilmərik.