MEDXƏBƏR

Doğum sonrası depressiya ilə mübarizə

Mövzular: Farmakologiya, Araşdırma


Qadınlarda doğum sonrası depressiyanın müalicəsi məqsədilə hazırlanan bu preparat, ABŞ-da "yaşıl işıq" aldı. Remedium qeyd edir ki, bu göstəriş üçün qeydə alınmış ilk dərman preparatıdır.

Ekspertlər vurğulayırlar: doğuşdan sonra yaranan depressiya təkcə ananın deyil, həm də uşağın həyatına təhlükə yarada biləcək ciddi bir xəstəlikdir. Ağır hallarda doğum sonrası depressiyanın fonunda, hallüsinasiyalar və davranış pozuntuları, yenidoğulmuşun zərər görməsinə qədər müşahidə edilə bilər.

Brexanolonun " Sage Therapeutics" şirkətindən qeydiyyatdan keçdiyi bildirilir. Klinik tədqiqatlar orta və ağır doğum sonrası depressiyaya məruz qalan qadınlarda preparatın intravenoz yeridilməsinin effektivliyini sübut etmişdir. Yaradıcılar dərman vasitəsinin peroral formasına əsaslanaraq işi dayandırmırlar.