MEDXƏBƏR

"Yaxşı" xolesterol nə ilə bağlıdır?

Mövzular: Araşdırma

Yüksək sıxlıqlı lipoproteinlər (HDL) "pis" xolesterindən fərqli olaraq "yaxşı" xolesterol adlanır (aşağı həcmli lipoprotein və ya LDL), belə ki, onlar aterosklerozun inkişafına mane olur. Lakin, çox aşağı və çox yüksək sıxlıqlı  HDL konsentrasiyaları bədən immunitetinə mənfi təsir edə bilər, Zee News yazır.

Kopenhagen Universitetinin əməkdaşları, 100 min nəfərin məlumatlarını təhlil etdikdən sonra, aşağı HDL göstəricilərində yoluxucu xəstəliklərin təhlükəsinin  75% -ə qədər, yüksək göstəricilərdə isə 43% -ə  qədər yüksəldiyini aşkarlanmışdır. Heyvanlarda və hüceyrə kulturalarında çoxsaylı araşdırmalar göstərir ki, "yaxşı" "xolesterol immunitet sistemi üçün vacibdir". Yeni tətqiqatlar qanın HDL konsentrasiyasının dəyişməsinın bədənin infeksiyalara qarşı mübarizə qabiliyyətini əhəmiyyətli dərəcədə təsir edə biləcəyini göstərir.

Daha öncə alimlər artıq "yaxşı" xolesterinin sağlamlıq üçün zərəli olduğunu  söyləmişdilər. Kopenhagen Universitetində aparılan başqa bir araşdırmaya görə, bu xolesterolun artıq dozası  erkən ölüm riskini artırır. Bədəndə yüksək səviyyədə "yaxşı" xolesterolu olan kişilər normal səviyyədə "yaxşı" xolesterolu olan könüllülərdən  106%  daha tez-tez ölürdülər.