YERLİTƏDBİRLƏR

17-ci UNPSTR-Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi

17-ci UNPSTR-Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi
19 Sentyabr

2019

Dəyərli həkimlər,

Sizi 19-21 sentyabr 2019 - cu il tarixində Bakıda "FAİRMONT HOTEL" - də təşkil edəcəyimiz 17-ci UNPSTR-Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresinə dəvət etməkdən qürur hissi duyuruq. Beynəlxalq Pediatrik Assosiyasiyası, Azərbaycan Tibb Universiteti, Türkiyə Milli Pediatriya Dərnəyi, "Medvoyage"-ın təşkilatçılığı ilə həyata keçirilən konqresdə yerli və xaricdən dəvət edilmiş məruzəçilərin çıxışlarına qatılmaqla həm sosial əlaqələr yaratmaq, həm də elmi araşdırmalar və məlumatları əldə etmək fürsətindən yararlana biləcəksiniz.

Həmçinin nəzərinizə çatdıraq ki, 19 sentyabr 2019 tarixində konfrans öncəsi 2 kurs - Beynəlxalq İnkişafın İzlənməsi və Dəstəklənməsi Kursu və həmçinin Yeni doğulmuşlara Müasir Yanaşma Kursu keçiriləcəkdir.

Dünyada mühüm siyasi, sosial, coğrafi və iqtisadi dəyişikliklərin yaşandığı bu dövrdə uşaqların sağlamlığına dair problemlər də tezliklə həllini tapmağı gözləyir. Bu məsələlərin həllini tapmağı isə bizlərin-pediatrların öhdəsinə düşür. Bu səbəblə, əsas hədəfimiz hər zaman ümumi, ortaq bir anlayış inkişaf etdirirək fərqli ölkələrdə işlərinə davam edən həmkarlarımız arasındakı mədəni və elmi əlaqələri bacardığımız qədər genişlətməkdir.

Sizlərin də iştirakı ilə həm tibbi inkişafın müzakirə ediləcəyi, həm də keçmiş təcrübələrin bölüşülərək gələcəyə dair əməkdaşlıq planlarının qurulacağı uğurlu konqresi təşkil edəcəyimizə olan inamımız tamdır.

Konfrans və kurslara qeydiyyat ödənişlidir.

İştirak etmək istəyən Azərbaycanlı və xarici qonaqlar (Türk həkimlər istisna olmaqla) üçün konfran - 230 AZN (135$) ( 125$ qeydiyyat + 10$ vergi ) təşkil edir.
Hər bir kursa qeydiyyat isə: 60AZN ( vergi 7% + digər xərclər) təşkil edir.

19-22 Sentyabr 2019 tarixləri arasında Azərbaycan, Bakıda sizləri də tədbrimizdə görməyə çox şad olarıq.


DİQQƏT!

SON QEYDİYYAT TARİXİ : 10 sentyabr 2019-cu il tarixinədəkdir 

10 SENTYABR 2019 TARİXİNDƏN SONRA QEYDİYYAT :

Konfransa qeydiyyat : 255 AZN ( $ 150 ) 
Kurslara qeydiyyat: 100 AZN təşkil edəcək




 KONGRES PROGRAMI:


İştirak etmək üçün müraciət etmək

  • 230 manat

    Online Qeydiyyat

    İştirak etmək istəyən Azərbaycanlı və xarici qonaqlar üçün ödəniş
    230 AZN (135$) ( 125$ qeydiyyat + 10$ vergi )

  • 60 manat

    BEYNƏLXALQ İNKİŞAFIN İZLƏNMƏSİ VƏ DƏSTƏKLƏNMƏSİ KURSU

    Kurs Moderatorları: Dos.Nigar Sadiyeva, Dr.Təranə Seyidməmmədova, Dos.Mətanət Qaraxanova
    Kursa qeydiyyat: 60 AZN ( vergi 7% + digər xərclər)

  • 60 manat

    YENİDOĞULMUŞLARA MÜASİR YANAŞMA KURSU

    Kurs Moderatorları: Asuman Çoban, Ayşegül Zenciroğlu
    Kursa qeydiyyat: 60 AZN ( vergi 7% + digər xərclər)

Aktual Tədbirlər