Qeydiyyat

YERLİTƏDBİRLƏR

TƏMƏL HƏYATA DƏSTƏK KURSU

TƏMƏL HƏYATA DƏSTƏK KURSU
22 Fevral

2020

TƏMƏL HƏYATA DƏSTƏK KURSU - AMERİKA ÜRƏK ASSOSİASİYASININ BLS KURSU

İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Amerika Ürək Assosiasiyasının Beynəlxalq Təlim Mərkəzi olan “Uptodate İn Medicine” dünya səviyyəli ilk tibbi yardım kurslarını, o cümlədən Ürək-Ağciyər Canlandırması (CPR), AED (avtomatlaşdırılmış xarici defibrilyator), baza tibbi yardım (BLS), təkmilləşdirilmiş tibbi yardım (ACLS), ixtisaslaşmış tibbi kurslar (PALS – pediatric advanced life support, NRP - neonatal resuscitation program və s.) təklif edir.
Bütün təlim kursları peşəkar, sertifikatlaşdırılmış (diplomlu) instruktorlar tərəfindən aparılır.
Təlim kursu bütöv gün ərzində aparılır, tədris 4-5 saat davam edir (iki 15 dəqiqəlik çay və bir 30 dəq nahar).

Təlimdə aşağıdakı metodlar istifadə edilir:
- Nəzəriyyə
- Sual-cavab
- Müzakirə
- Praktik təcrübə
- Simulyasiyalar
- Qiymətləndirmə: praktik simulyasiya və yazılı imtahan.

Təlimdə iştirakdan nələr qazanılacaq?
Kurs həm nəzəri, həm də praktik (“hands-on”) hissələrdən ibarətdir. İnteraktiv formatda aparıldığından və audio-vizual və digər əyani vəsaitlərdən istifadə edildiyinə görə təlim kursu böyük yaşlı insanlar (“adult education”) üçün yorucu olmur və məlumatların daha yaxşı qavranılmasına imkan verir. Kursu bitirdikdən sonra iştirakçılar aşağıdakıları bacara biləcək:
- Həyat üçün təhlükəli vəziyyətlərdin müəyyənləşdirilməsi
- Daha təkmil tibbi yardım briqadası gələnədək, həyati vacib ilk tibbi yardım tədbirlərinin görülməsi
- Daha təkmil ilk tibbi yardım bacarıqlarını əldə etmək üçün baza bilik və bacarıqların mənimsənilməsi.

Təlimdə əhatə olunan mövzular:
- Hadisə yerinin qiymətləndirilməsi
- Təhlükəsizliyin təminatı
- CPR və ya ürək-ağciyər canlandırılması
- Döş ağrısı (məs., infarkt) (aşkarlama)
- AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə

Əlavə olaraq müzakirə edilən mövzular:

- Sümük sınıqları
- Yanıqlar
- Astma
- Yumşaq toxuma zədələnməsi
- Qıcolmalar
- Qanaxma
- Digər: konkret sənaye müəssisəsi və ya iş yerinə aid digər məsələlər

Kursun təfərruatı

Kateqoriya: BLS - Təməl Həyata Dəstək Kursu
Təlimçi-instruktor: Dr Nabil Seyidov, Dr Racu Nəbiyev
Başlanğıc tarixi: 22.Feb.2020 09:00
Son tarix: 22.Feb.2020 16:00
Region: Bakı
Yer: İctimai Səhiyyə və İslahatlar Mərkəzi
DTT xall:
Auditoriya: terapevt, reanimatoloq, təcili tibbi yardım həkimi, endokrinoloq, ailə həkimi, pediatr, nevroloq, nefroloq, psixiatr, mama-ginekoloq, radioloq, neonatoloq, anestezioloq, uroloq, onkoloq, anestezioloq
Hissə: 4
Səviyyə: 1
Müddət: 1gün 5saat
Dil: Azərbaycan-İngilis
İştirakçı sayı: 6
Status: Başlanmayıb

Aktual Tədbirlər