YERLİTƏDBİRLƏR

SƏHİYYƏ MENECMENTİ ÜZRƏ TƏLİM KURSU.

SƏHİYYƏ MENECMENTİ ÜZRƏ TƏLİM KURSU.
03 Mart

2020

Peşəkar səhiyyə menecerləri və təşkilatçılarının hazırlanması sahəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və Uptodate İn Medicine birgə əməkdaşlıqda modul tipli təlim kurslarına start verir. "Modul 1-2: Səhiyyə Menecmenti üzrə Fundamental biliklər"ə həsr edilib.

Bu iki modul üzrə xəstəxana/klinika rəhbərlərinin ümumi idarəetmə bacarıqlarının inkişafı və tibb müəssisələrində biznes proseslərin məntiqi alqoritm üzrə qurulması və xidmət standartları çərçivələrinin yaradılması üzrə səriştələrin inkişafını özündə ehtiva edir. Kursda səhiyyə sektorunda və tibb müəssisəsində aşağıdakı mövzular müzakirə ediləcək:

Liderlik bacarıqları. Komanda işinin təşkili.
Münaqişələrin həlli. Emosional zəkalıq.
Fəaliyyətin təkmilləşdirilməsi.
Tibb müəssisəsində maliyyə fəaliyyətinin təşkili.
Strateji planlaşdırma.
Biznesin təşkili - effektiv idarəetmə.
Peşəkar mentorluq və fərdi inkişafa dəstək mexanizmləri.
Burada ilkin olaraq xəstəxana rəhbərləri üçün zəruri olan əsas idarəetmə səriştələri üzrə praktiki bacarıqlar və xəstəxanaların fəaliyyət komponentlərinin biznes ardıcıllıqla qurulması üzrə biliklər veriləcəkdir.



Kursun təfərruatı

Kateqoriya: Səhiyyənin təşkili
Təlimçi-instruktor: Warren C. White, Jr., FACMPE (USA); Kenneth O'Neill, MD (USA), James Johnson, MD, MPH (USA), Stephen Hempel, MD (USA)
Başlanğıc tarixi: 03.Mar.2020 09:00
Son tarix: 05.Mar.2020 17:30
Region: Bakı
Yer: Bakı şəhəri, İctimai səhiyyə və İslahatlar Mərkəzinin təlim zalı
DTT xall:
Auditoriya: terapevt, reanimatoloq, təcili tibbi yardım həkimi, endokrinoloq, ailə həkimi, pediatr, nevroloq, nefroloq, psixiatr, mama-ginekoloq, radioloq, neonatoloq, anestezioloq, uroloq, onkoloq, anestezioloq, qastroenteroloq, pulmonoloq, cərrahlar, Həkimlər, İdman tibbi və reabilitasiya üzrə mütəxəssis, Kardioloq, Ürək-damar cərrahı
Hissə: 1
Səviyyə: 4
Müddət: 3 gün
Dil: Azərbaycan-İngilis
İştirakçı sayı: 50
Status: Başlanmayıb

Aktual Tədbirlər