YERLİTƏDBİRLƏR

III Bakı Endoskopik Forumu

III Bakı Endoskopik Forumu
09 Noyabr

2019

Milli Onkologiya Mərkəzində 09. 11.2019 tarixində Milli Onkologiya Mərkəzi, “OLYMPUS “ firmasının və Azərbaycan “Onkoloqlar” cəmiyyətinin dəstəyi ilə “III Bakı Endoskopik Forumu “ keçiriləcəkdir.
Eyni zamanda Azərbaycanda ilk dəfə BAKI-GƏNCƏ TELE KÖRPÜ ONLAYN CANLI VİDEO YAYIMI həyata keçiriləcəkdir.
Regionda çalışan həkimlərin rahatlığını təmin etmək məqsədi ilə MEDVOYAGE MİCE şirkəti bu inanılmaz fürsəti təqdim edir. Bakıya gəlmədən region həkimləri Gəncədə yerləşən Mərkəzi Klinikanın akt zalında birbaşa translasiya ilə Bakıda keçiriləcək konfransda iştirak edib, xarici və yerli mütəxəssislərlə diskussiya yarada bilərlər.

TƏDBİRİN ADI: III Bakı Endoskopik Forumu
TARİX: 09.11.2019
GƏNCƏDƏKİ MƏKAN: Gəncə şəhəri Mərkəzi Klinika
BAKIDAKI MƏKAN: Milli Onkologiya Mərkəzi
REGİON HƏKİMLƏRİNİN İŞTİRAK HAQQI: 50 AZN
BAKIDA İŞTİRAK ÜÇÜN : 60 AZN
DTT KREDİT BALI : 16
ƏLAQƏ ÜÇÜN : 994 55 224 80 85
REGİONAL HƏKİMLƏR ÜÇÜN QEYDİYYAT FORMU: https://forms.gle/WVheafBf1xDKBTdaA

Konfransda RADIOLOQLAR, QASTROENTEROLOQLAR, ENDOSKOPİSTLƏR, CƏRRAHLAR VƏ UŞAQ CƏRRAHLARI, PEDİATRLAR, ONKOLOQ VƏ TERAPEVTLƏR iştirak edə bilərlər.

Sonda iştrakçılara 16DTT kredit balı ilə qiymətləndirilən sertifikatlar təqdim olunacaq.

Konfransda Xarici qonaqlar tərəfindən əməliyyatxanada həyata keçiriləcək endoskopik manipulyasiya və əməliyyatların canlı nümayişi, mulyajlar üzərində mütəxəssis- moderatorların dərsləri çərçivəsində endoskopik işləmlər, həmçinin xarici qonaqların, eləcə də, Milli Onkologiya Mərkəzinin aparıcı həkimlərinin məruzələri öz əksini tapacaqdır.

Aktual Tədbirlər