YERLİTƏDBİRLƏR

Təbabətin Aktual Problemləri

Təbabətin Aktual Problemləri
18 Aprel

2019

Dəyərli həmkarlarımız,

Sizi, Azərbaycanda ilk dəfə keçirilən “Bakı Dövlət Universiteti nəzdində Tibb fakültəsinin yaradılmasının 100 illik yubileyi”nə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak etməyə dəvət edirik.
Elmi-praktik konfransın mövzusu təbabətin aktual problemlərini əhatə edir. Konfransın məqsədi bu məsələlərlə
bağlı indiyədək əldə edilən nailiyyətləri açıqlamaq və gələcək problemləri birgə müzakirə etməkdən ibarətdir. Konfransda yerli tibb mütəxəssisləri ilə yanaşı, xarici ölkələrdən dəvət olunmuş ekspertlər məruzələrlə çıxış edəcəkdir. Həmçinin konfransın davamı olaraq 19 aprel 2019-cu il tarixində 4 mövzu üzrə "Təməl Yaşam Dəstəyi", " Avtomatik Çöl Defibrilyatoru AED - dən istifadə qaydaları", " Ürək-Ağciyər Reanimasiyası (CPR) zamanı çətinliklər. Praktiki Test", "Defibrilyasiya impulsları və onların fərqi" mövzusunda kurs keçirilicəkdir.

Konfrans 2019-cu ilin 18-19 aprel tarixlərində saat 09.00-da Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binasının Böyük akt zalında keçiriləcəkdir.

AR Səhiyyə Nazirliyi tərəfindən iştrakçılara 5 Davamedici Tibbi Təhsil Balı verilmişdir.

Rezidentlər və Azərbaycan Tibb Universitetinin əməkdaşları üçün qeydiyyat pulsuzdur.
Konfransın qeydiyyat haqqı yerli əməkdaşlar üçün 50 AZN, digər şəxslər üçün 80 AZN təşkil edir.
1-2-ci kursun qeydiyyat haqqı 40 AZN, 3-4-cü kursun qeydiyyat haqqı 60 AZN təşkil edir.

Qeydiyyat və daha ətraflı məlumat üçün:

Tel.: (+99450) 228 20 65

Online qeydiyyat: www.amu.edu.az/tibbfakultesi100/az/pages/6

Aktual Tədbirlər