MEDXƏBƏR

15 sentyabr - bilik günü

15 sentyabr - bilik günü

Bu gün respublikamızın hər yerində Bilik günü qeyd edilir, bütün təhsil və tədris müəssisələrində ilk günün sevinci yaşanır.

Bilik günü münasibətilə bütün müəllimləri, şagirdləri, bu il tələbə adı qazanan gənclərimizi, xüsusən də bu il birinci sinfə getməyin həyəcan və sevincini yaşayan gözəl balaları və onların valideynlərini "MedProİnfo" ailəsi adından ürəkdən təbrik edirik! Hər cəhətdən uğurlu, düşərli və həm də xalqımız üçün xeyirli olsun!

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkədəki bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Elə həmin ildən də 15 sentyabr tarixindən Bilik Günü - Azərbaycan məktəblərində dərslərin başladığı gün kimi qeyd edilir.