Qeydiyyat
MEDXƏBƏR

20 May -Ümumdünya Travmatoloqlar Günü

20 May -Ümumdünya Travmatoloqlar Günü

Hər il 20 May tarixində travmatologiya və ortopediya sahəsində ixtisaslaşan həkimlər özlərinin beynəlxalq peşə bayramını qeyd edirlər. Travmatologiya qədim tarixə malik olub, klinik tibbin ən qədim bölmələrindən biridir. Travmatologiya peşəsi böyük hörmətə layiqdir. Onlar nəinki diqqətli və işinin mütəxəssisi olmaq, həmçinin cəld və qərəzsiz qərarlar qəbul etmək, yüksək ixtisaslaşmış və təcrübəyə malik olmaq, daim təkmilləşmək məcburiyyətindədirlər.
Biz də " MEDPROİNFO" ailəsi adından bütün dünya travmatologlarını peşə bayramları münasibəti ilə təbrik edirik! Sizə, tibdə hər zaman işıqlanmağı, işlərinizdən qürur duymağınızı, heç vaxt səhv etməməyinizi və çətin vəziyyətlərdə cəld və düzgün istiqamət götürmənizi arzulayırıq!