2222 Xərçəng üçün qanın universal təhlili işlənilib hazırlandı / XƏBƏR / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
MEDXƏBƏR

Xərçəng üçün qanın universal təhlili işlənilib hazırlandı

Xərçəng üçün qanın universal təhlili işlənilib hazırlandı

Jons Hopkins Universitetindən bir qrup xəstəliyin səkkiz ümumi formasını aşkar edən bir üsul üzərində test etdilər. Bu xərçəngin erkən aşkarlanması və insan həyatını xilas etmək üçün hazırlanmış illik bir testdir. Böyük Britaniyalı mütəxəssislər testin "olduqca maraq" doğurduğunu söylədi. Lakin alimlərdən biri, erkən mərhələdə xərçəngin aşkar edilməsinin effektivliyini qiymətləndirmək üçün hələ daha çox üzərində işlənməsi lazım olduğunu qeyd etdi.
Xəstəlik zamanı şişlər özlərindən qan dövranına mutant DNT-lərinin xırda izlərini və zülalları xaric edir. Xərçəng testi xəstəlik zamanı qanda yaranan mutasiyaları 16 gendə və tez-tez sərbəst buraxılan səkkiz zülalı axtarır. Bu test yumurtalıq, qaraciyər, mədə, pankreas, qida borusu, bağırsaq, ağciyər və süd vəzi xərçəngindən əziyyət çəkən 1005 xəstə üzərində tətbiq edilmişdir. Lakin bu xəstələrdə xərçəng digər orqanlara hələ sirayət etməmişdi. Ümumilikdə, test vasitəsi ilə 70% xərçəng aşkar edilmişdi.

Jons Hopkins Universitetinin Tıp Fakültesindən olan Dr. Kristian Tomasetti deyir: "Xərçəngin erkən aşkarlanması bu sahədə həlledici əhəmiyyətə malikdir. Bunun xərçəng ölümünün qarşısının alınmasında böyük təsir göstərə biləcəyini düşünürəm."

Xərçəng Araşdırmalar İnstitutunun Təkamül və Xərçəng Mərkəzindəki qrupun rəhbəri Dr. Gert Attard isə belə deyir: "Biz, xərçəngin aşkarlanması üçün qan analizinə çox yaxınıq, belə ki, bizim əldə etdiyimiz texnologiya var. Lakin xərçəng diaqnozu qoyulduğunda nə etmək barədə hələlik qeyri-müəyyənlik var. Bəzi hallarda, xərçəngin müalicəsi həyati təhlükəsi olmayan xərçəng hallarında yaşamaqdan daha pis ola bilər ".