2222 16 Iyun ilk Milli Səhiyyə Forumu təşkil olunur / XƏBƏR / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
MEDXƏBƏR

16 Iyun ilk Milli Səhiyyə Forumu təşkil olunur

16 Iyun ilk Milli Səhiyyə Forumu təşkil olunur

Diqqət 

Dəyərli həkimlərimiz, rezident və tələbələrin nəzərinə..

İyunun 16-da Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzinin təşkilati dəstəyi ilə ölkədə ilk Milli Səhiyyə Forumu təşkil olunacaq. Forum Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, hər il qeyd olunan "17 iyun-Tibb işçilərinin Peşə Bayramı"-na həsr olunub.

Məqsəd dövlət və özəl sektorda tibb sahəsində çalışan həkimləri, tələbə və rezidentləri toplayaraq bu önəmli günü təntənəli qeyd etmək, eyni zamanda tibb sahəsindəki son innovativ yeniliklərin müzakirə olunması üçün yeni platforma yaratmaqdır. Forumda çıxış edəcək spikerlər və mövzular barədə yaxın günlərdə açıqlama veriləcək.

Forumda iştirak etmək üçün biletləri təşkilatı dəstək " MEDVOYAGE TOURISM & EDUCATION " şirkəti ilə əlaqə saxlamaqla əldə edə bilərsiniz.
Tel: +99455 224 80 85