2222 Süni zəka dermatologlardan daha yaxşı dəri xərçəngini tanıyır / XƏBƏR / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
MEDXƏBƏR

Süni zəka dermatologlardan daha yaxşı dəri xərçəngini tanıyır

Süni zəka dermatologlardan daha yaxşı dəri xərçəngini tanıyır

Mövzular: Araşdırma, Texnologiya


Hər il melanoma 55.000-dən çox insanın həyatını alır. Melanomun ilkin mərhələlərində onu doğuş xalına bənzətmək olar, ancaq bir sıra xarakterik xüsusiyyətlərinə görə fərqlənir. Almaniyalı alimlər, dəri xərçəngini mütəxəssislərdən daha yaxşı bir şəkildə təsbit edə biləcək neyron şəbəkə yaratdılar, "Hindustan Times" yazır.

Tədqiqatçılar şişləri tanımaq üçün neyron şəbəkəyə melanomanın klinik hallarda 100.000-dən çox fotoşəkilini göstərmişlər.  Sonra 17 ölkədən 58 dermatoloqun işi ilə müqayisə edərək,  süni intellektin imkanlarını analiz etmişlər. Alimlər 300 fotoşəkil seçmişlər. Bəzilərində melanoma var idi, qalanları da normal adi xal və ya digər təhlükəli olmayan dəri patalogiyaları idi.

Məlum oldu ki, neron şəbəkə qoyulmuş tələbin öhdəsindən 95%  gələrək melanomanı digərlərindən ayırd etdi, həkimlər isə işin öhdəsindən 86,6%  gələ bildilər. Bundan əlavə, süni intellekt daha təhlükəli olmayan dəri patalogiyalarını dğqiqliklə identifə edə bildi. Araşdırmanın ikinci mərhələsində həkimlər fotoşəkilləri təsvir edilən xəstələr haqqında ümumi məlumat əldə etdilər. Bu mərhələdən sonra dermatologların nəticələri bir qədər yaxşılaşdı, amma süni intellekt hələ də onlardan daha dəqiq idi.