MEDXƏBƏR

Azərbaycan Tibb Universitetinin müəllim heyətinin reytinq balları ilə qiymətləndirilməsi qaydaları

Azərbaycan Tibb Universitetinin müəllim heyətinin reytinq balları ilə qiymətləndirilməsi qaydaları

Azərbaycan Tibb Universitetində “Təhsilin keyfiyyətinin təminatı sistemi haqqında Bəyannamə”nin 4-cü bəndinin tələblərinə uyğun olaraq, ATU müəllim heyətinin peşə fəaliyyəti reytinq balları ilə qiymətləndirilir. Reytinq balları sırasına digər göstərilənlərlə yanaşı, müəllimlərin tələbələr tərəfindən anket sorğusu vasitəsilə qiymətləndirilməsinin nəticələri də daxil edilmişdir.

Rektoryanı Şuranın qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, müsabiqə yolu ilə seçiləcək müəllimlərin sənədləri siyahısına onun bal-reytinq cədvəli də əlavə edilməlidir. Bu cədvəl universitetin rəsmi saytında yerləşdirilmişdir.

Müsabiqədə iştirak etmək istəyən müəllim bal-reytinq cədvəlini saytdan yükləyərək çap edib, şəxsən dolduraraq, müvafiq təsdiqedici sənədləri əlavə etməklə Elmi katibliyə təqdim etməlidir.

Elmi katiblik tərəfindən bal-reytinq cədvəli müvafiq Komissiyaya təqdim edilir. Tələbələr tərəfindən müəllimlərin qiymətləndirilməsi üçün anket sorğusu Komissiya tərəfindən həyata keçirilir, qiymətləndirmənin nəticəsi müəllimin reytinq cədvəlinə əlavə olunur.

Komissiya müəllimin reytinq ballarını araşdıraraq son nəticəni Elmi katibliyə təqdim edir. Bal-reytinq cədvəlində minimal ballardan aşağı toplamış şəxslər müsabiqəyə buraxılmayacaqdır.