MEDXƏBƏR

Azərbaycanlı həkim Afrikada 3 yaşlı qızın gözünü əməliyyat edib

Azərbaycanlı həkim Afrikada 3 yaşlı qızın gözünü əməliyyat edib

Azərbaycanlı həkim Nigerdə maraqlı oftalmoloji cərrahiyyə əməliyyatı icra edib.

e-tibb.az-ın xəbərinə görə, oftalmoloq-cərrah, uzman həkim Mehriban Əlizadə könüllülər dərnəyinin proqramı çərçivəsində nigerli 3 yaşlı Şəmsiyyə adlı qızın gözündə ankiloblefaron problemini (göz qapaqlarının kənarlarının tam və ya hissəvi birləşməsi ilə özünü göstərən patologiya – red.) aradan qaldırıb.

Əməliyyat zamanı üst və alt göz qapağı arasında pərdə aradan qaldırılıb. Həkim e-tibb.az-a bildirib ki, əslində bu problemi olan uşaq doğulduqdan sonra kiçik cərrahi müdaxilə ilə qapaqlar arasındakı pərdəni kəsib götürmək lazımdır. Ancaq həmin ərazidə heç bir göz həkimi olmadığı üçün uşaq bu yaşına qədər həmin problemlə yaşamalı olub.

Əməliyyat uğurlu keçib, qapaqlar sərbəstləşib. Uşaq artıq rahat gözlərini açaraq hərəkət etdirə bilir.

e-tibb.az