2222 COVID-19 xəstələrinin xərçəngə tutulma riski / XƏBƏR / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
MEDXƏBƏR

COVID-19 xəstələrinin xərçəngə tutulma riski

COVID-19 xəstələrinin xərçəngə tutulma riski

Dövlət Dumasının Səhiyyə Komitəsi COVID-19 xəstələrinin xərçəngə tutulma riskini açıqlayıb

Dövlət Dumasının Səhiyyənin Mühafizəsi Komitəsinin sədr müavini, tibb elmləri namizədi Tatyana Solomatina COVID-19 koronavirus infeksiyası olan xəstələrdə xərçəng xəstəliyinin inkişaf riskini açıqlayıb.
O, bu barədə URA.RU-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, koronavirusa yoluxanlarda ağciyər və mədə-bağırsaq traktında xərçəng yarana bilər. Bununla əlaqədar olaraq, COVID-19-a yoluxmuş şəxslərdə aidiyyəti tibb sahələri üzrə diqqətli tibbi monitorinqi aparılmalıdır.

“Artıq müəyyən məlumatlr var ki, ağciyər toxumasının zədələnməsi ilə COVID-19-a yoluxmuş insanlarda müəyyən müddətdən sonra ağciyər toxumasının və mədə-bağırsaq traktının onkologiyası ilə bağlı iltihabi xəstəliklər kifayət qədər tez-tez aşkar olunmağa başlayıb”. Solomatina dedi.

O qeyd edib ki, bu iltihablar xərçəngin inkişafı üçün sadəcə ilkin mərhələ ola bilər.

"Covid infeksiyası iltihablı bir prosesdir, onkologiya da, iltihablı bir prosesdir, yəni onkologiyanın mənbəyi, tətikləyici mexanizm COVID-19-un yaratdığı iltihabdır" dedi.

FAN daha əvvəl məlumat vermişdi ki, epidemioloq, Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Gennadi Onişşenko “Patriot” media mərkəzində mətbuat konfransında çıxış edərək pandemiyanı bütün dünyada səhiyyə sistemlərinin sınağı adlandırıb.

https://russian.rt.com/trend/334967-medicina