MEDXƏBƏR

Dağıstan həkimləri oynaqların müalicəsində yenilik etdi

Dağıstan həkimləri oynaqların müalicəsində yenilik etdi

Mövzular: Farmakologiya, Dövlət və Tibb


Dağıstanda həkimlər cərrahiyyə olmadan unikal müalicə proseduru keçirməyə başladılar. Rossiyskaya Gazeta-nın məlumatına görə, Respublika Travmatologiya və Ortopediya Mərkəzi degenerativ proseslər nəticəsində zədələnmiş nahiyələrə xüsusi inyeksiya etməyi təklif ediblər.

Xəstənin öz plazması və yağının qarışığı tətbiq olunur. Plazma xəstənin qanından sentrifuqa vasitəsilə təcrid olunur, sonra onu yağ hüceyrələrinə birləşdirirlər. Bu qarışıq, bərpa prosesini sürətləndir və oynaqların ömrünü uzatmağa imkan verir (yağ hüceyrələrinin hesabına). Həkimlərin dediyinə görə, bir həftədən sonra xəstə evinə buraxıla bilər.

İndi prosedur yalnız bir xəstədə sınaqdan keçirilib və həkimlər hələ də pasiyenti müşaiyət edirlər. Ancaq onlar əmindirlər ki, inyeksiyalar  mütəmadi olaraq klinik praktikada aparılacaqdır. Onlar olduqca təhlükəsiz və effektivdirlər.