MEDXƏBƏR

Dünya Osteoporoz Günü

Dünya Osteoporoz Günü

Hər il 20 oktyabr Dünya Osteoporoz Günüdür. Dünya Sağlamlıq Təşkilatı, bu tarixi 1997-ci ildə, osteoporoz və metabolik sümük xəstəliklərinin qarşısının alınması, diaqnostikası və müalicəsi mövzusunda qlobal ictimai məlumatlandırmanın artırılması məqsədi ilə təyin etdi.

Osteoporoz insanlarda sümük sıxlığının azalması ilə xarakterizə olan metobolik sümük xəstəliyidir. Bu xəstəlik, bir qayda olaraq, tədricən inkişaf edən və zamanla irəliləyən, nəticədə ətrafların və onurğanin tez-tez qırılması ilə müşaiyyət olunan xəstəlikdir.

Dünyanın bir çox ölkələrində hər il 20 oktyabrda  osteoporozun qarşısının alınması və müalicəsində təcrübə mübadiləsi məqsədilə bir çox təhsil və idman tədbirləri, təhsil kongresslərı və seminarlar keçirilir. Və hər il,  bu fəaliyyəti müəyyən bir mövzuya həsr olunur.