Qeydiyyat
MEDXƏBƏR

Həkimlərin işə qəbulu ilə bağlı Elan

Həkimlərin işə qəbulu ilə bağlı Elan

İşğaldan azad olunmuş ərazilərdə təmizləmə əməliyyatlarının miqyasının genişləndiyini nəzərə alaraq, təhlükəsizliyin təmin olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Ağentliyində (ANAMA) yenidən formalaşdırılacaq regional idarələrin (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) tərkibində fəaliyyət göstərəcək həkimlər aşağıdakı vəzifələr üzrə işə dəvət olunurlar:

- həkim-terapevt
- təcili yardım üzrə həkim
- həkim-anestezioloq-reanimatoloq
- həkim-travmatoloq-ortoped
- həkim-ümumi cərrah


Tələb olunan sənədlər:

-Ərizə
-Şəxsiyyət vəsiqəsi
-Təhsil haqqında diplom
-İnternatura vəsiqəsi
-Sertifikasiya şəhadətnaməsi
-Əmək kitabçası

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 561-95-42