MEDXƏBƏR

“MedProİnfo” Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edir

“MedProİnfo” Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edir

Hörmətli həmvətənlər!

MedProInfo" ailəsi Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ruzi-bərəkətli, sülh və firavan dolu həyat arzulayır. 

" Qurban bayramı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzidir. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. 

Hər il Azərbaycanda böyük təntənə ilə keçirilən Qurban bayramı cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.