MEDXƏBƏR

Səhiyyə Nazirliyində ilin yekunları açıqlandı

Səhiyyə Nazirliyində ilin yekunları açıqlandı

Azərbaycanda 110 koxlear implantasiya, 119 endoprotezləşmə əməliyyatı olunub, 89 nəfərə sümük iliyi köçürülüb

Azərbaycanda 2019-cu ildə dövlət hesabına 915 nəfərin üzərində kardiocərrahiyyə əməliyyatı icra olunub, onlardan 263-ü uşaqlardır.

e-tibb.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyində ilin yekunlarına dair kollegiya iclasında nazirliyin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 2019-cu il ərzində 2075 xəstəyə angioqrafiya müayinəsi aparılıb və onlardan 680 nəfərə angioplastika əməliyyatı icra edilib.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə son illərdə 110 uşaqda uğurla koxlear implantasiya əməliyyatı aparılıb. 10 il öncə cəmi 7 nəfərə endoprotezləşmə əməliyyatı aparıldığı halda, cari ildə bu əməliyyatların sayı 119-a bərabərdir.

Bundan başqa, son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Ümumilikdə 89 sümük iliyi transplantasiyası aparılıb, onlardan 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya, digər 70 nəfər isə böyük beta-talassemiya xəstəsi olub.


Mənbə: https://e-tibb.az/